
“Qarabağ”dan dördüncü gündə tək məşq
“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, Ağdam klubu qonşu ölkədə dördüncü günü tək məşqlə başa vurub.
Yerli vaxtla saat 17:30-da start götürən məşq təxminən saat yarım davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetirib. Hazırlıq toplu çalışmalarla başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin