“Qarabağ”dan azarkeşlərə müraciət

“Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin “Gent” (Belçika) ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

Komanda.az xəbər verir ki, klubun yaydığı müraciətdə deyilir:

“24 min ürəyin döyüntüsünü, o ürəklərdən gələn “Qarabağ” çağırışını artıq indidən eşidirik. İnanırıq ki, 31 min azarkeş stadionda, milyonlar isə ekran qarşısında “Qarabağ”la nəfəs alacaq. Tərimizin son damlasına qədər Azərbaycanımız üçün oynayacağımızdan əmin olun. Odur ki, siz də bizə daha yaxın olmağa, stadionda yerinizi tutmağa çalışın.

Satışda hələ də 7 min bilet qalıb. Almağa tələsin! Tələsin ki, yeni tarixi birlikdə yazaq!

Təşəkkürlər, “Qarabağ” azarkeşi! Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda görüşənədək”.

“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə fevralın 23-də Belçikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button