“Qarabağ”dan azarkeşlərə müraciət

“Qarabağ” klubu Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Komanda.az klubun rəsmi “feysbuk” hesabına istinadən xəbər verir ki, “köhlən atlar”ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.

“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button