“Qarabağ”dan azarkeşlərə bayram hədiyyəsi

“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu gün keçiriləcək “Qarabağ” – “Zirə” oyununa girişi pulsuz edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu oyuna bilet almış azarkeşlər növbəti ev oyunu – “Qəbələ” ilə matçda həmin biletdən istifadə edə biləcəklər.

Bugünkü qarşılaşma üçün isə yalnız VIP biletlər satışda olacaq.

Xatırladaq ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Zirə” oyununa saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button