“Qarabağ”dan ayrılır, “Valur”a keçir

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson karyerasını ölkəsində davam etdirə bilər. 

Komanda.az xəbər verir ki, bu barədə İslandiyanın “frettabladid.is” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, İslandiya millisinin kapitanı son ölkə çempionu “Valur” və ya “Reykyavik”ə keçə bilər. Həmkarlarımız başqa təkliflərə baxmayaraq, “Valur”un şərtlərinin Haldoursonun ürəyincə olduğunu və ilkin razılığın əldə edildiyini vurğulayıb.

34 yaşlı qapıçının təklifi barədə milli komandanın sözçüsü Olafur Qardarson məlumatı təsdiqləyib. O, yayda iki illik müqavilə bağlayan futbolçunun “Qarabağ”dan ayrılacağını istisna etməyib: 

“Önümüzdəki günlərdə və ya aylarda Hannesin durumunda dəyişiklik ola bilər. İsveç, Norveç və digər ölkələrdən də təkliflər gəlib. Ancaq onun “Qarabağ”la 18 aylıq müqaviləsi var

İslandiya komandalarından daha çox “Reykyavik” və “Valur” ona maraq göstərir. Amma hələ heç bir klubla müqavilə bağlanılmayıb”.

Halldorssonun özü də mətbuata verdiyi açıqlamada “Qarabağ”dan ayrılmaq istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button