“Qarabağ”dan ayrıldı, Türkiyə klubuna keçdi
Geridə qalan mövsümün sonunda “Qarabağ”dan ayrılan İnnosent Emeqara karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, İsveçrə vətəndaşı olan nigeriyalı fubolçu Türkiyənin 1-ci liqasında mübarizə aparan “Fatih Karagümrük”lə müqavilə bağlayıb. Bu barədə klub özünün “facebook” səhifəsində xəbər verib. Müqavilənin detalları haqqında əlavə məlumat verilməyib.
2014-2015-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş 30 yaşlı futbolçu, 2018-ci ildə yenidən Ağdam təmsilçisinə qayıtmışdı. Keçən mövsümün sonunda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin