“Qarabağ”dan ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Bandırmaspor”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi bu ilin iyununda komandadan ayrılıb. Fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button