“Qarabağ”dan ayrıldı, “Sabah”a qayıtdı

“Qarabağ” futbolçusu Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi “Sabah”la razılığa gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey “köhlən atlar”la iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.

“Sabah” da öz növbəsində sabiq oyunçusu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Azərbaycan millisinin də üzvü olan futbolçu vaxtilə paytaxt klubunun heyətində 108 oyuna 12 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button