“Qarabağ”ın sabiq hücumçusunun klubu “Arsenal”ın futbolçusu üçün danışıqlar aparır

“Flamenqo” “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyonu transfer etmək üçün danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubu italiyalı futbolçunun pulsuz transferi ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

Jorjinyo üçün 2026-cı ilin dekabrına qədər müqavilə hazırlanıb.

33 yaşlı oyunçu 2023-cü ilin yanvarında “Çelsi”dən “topçular”a qoşulub. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 19 oyun keçirib. Onun londonlularla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

“Qarabağ” bu yaxınlarda braziliyalı hücumçusu Olaviyo Juninyonu “Flamenqo”ya satıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button