
“Qarabağ”dan ayrılan futbolçu Xorvatiya klubunda – Rəsmi
“Qarabağ”dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını Xorvatiyada davam etdirəcək.
Veşoviç “Lokomotiv”lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Veşoviç 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



