
“Qarabağ”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda
Yay fasiləsində “Qarabağ”dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Feyha” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə bir mövsümlük müqavilə imzalanıb.
Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



