“Qarabağ”da Məhəmmədəliyev sevinci
“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib:
“Şahruddin Məhəmmədəliyev tam sağalıb. Həkimlərlə məsləhət edəcəyik. Birdən-birə belə oyunlara çıxmaq risk olar. Eyni yerdən ikinci dəfə zədə almışdı. Ona görə, daha çox vaxt udmaq istəyirik ki, tam bərpa olunsun. Hər şey yaxşılığa doğru gedir. Artıq komanda ilə tam məşqlərə qoşulub”.
“Qarabağ” bu gün Premyer Liqanın 30-cu turu çərçivəsində “Sabah”la qarşılaşıb (1:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin