“Qarabağ”da ilk ayrılıq – rəsmi
“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeye “Qarabağ”la 28 oyunda meydanda olub və bu matçlarda 8 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin