“Qarabağ”da gözlənilməz ayrılıq
“Qarabağ”ın Türkiyədəki təlim-məşq toplanışı davam edir.
Komanda.az xəbər verir ki, Ağdam klubunun üzvləri öncədən nəzərdə tutulan plana uyğun olaraq, bu gün istirahət edib. Sabahdan etibarən isə komanda məşqləri bərpa edəcək.
Bu arada, “Qarabağ”da gözlənilməz ayrılıq yaşanıb. Belə ki, yarımmüdafiəçi Coşqun Diniyev Ağdam klubu ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda sözügedən futbolçunun “Sabah”ın düşərgəsinə qoşulacağı bildirilib.
Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaqdı.
2015-ci ildən “Qarabağ”da çıxış edən Diniyev, bu komandada 112 matça çıxıb və 5 qolla yadda qalıb.
Ağdam klubu Coşquna yeni komandasında uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin