
“Qarabağ”da futbolçu qalmayıb
Misli Premyer Liqasının 7-ci turunun “Zirə” ilə oyunundan (7:1) sonra üç günlük istirahətə buraxılan “Qarabağ” məşqlərini sentyabrın 22-də bərpa edəcək.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisinin mətbuat xidməti yayıb. Milli komandalara dəvət almış futbolçular hazırlığa qatılmayacaqlar. “Qarabağ”ın məşqlərində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.
“Qarabağ” Premyer Liqada növbəti matçını oktyabrın 1-də “Neftçi”yə qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin