“Qarabağ”da daha bir ciddi itki
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşdığı İrlandiyanın “Dandalk” klubu ilə ilk oyunda daha bir ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin sağ cinah müdafiəçisi Maksim Medvedev ikinci hissənin əvvəlində zədələnib. Mübarizəni davam etdirə bilməyən təcrübəli futbolçu əvəzlənmək məcburiyyətində qalıb. Baş məşqçi Qurban Qurbanov onun əvəzində 53-cü dəqiqədə Abbas Hüseynovu meydana buraxıb.
Qeyd edək ki, “Qarabağ”da bu oyundan əvvəl də xeyli zədəli futbolçu var idi. Belə ki, Bədavi Hüseynov zədə səbəbindən hələ yeni mövsümdə meydana çxımayıb. Həmçinin, Miçel, Filip Ozobiç və Dani Kintana da zədədən əziyyət çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin