“Qarabağ”da daha 2 ciddi itki
Çempionar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə ilk oyuna ciddi itkilərlə çıxacaq.
Komanda.az xəbər verir ki, Riçard Almeyda və Rahil Məmmədov bu matçı buraxacaq.
Hər iki futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə cavab matçında cəzalı duruma düşüb. Gənc müdafiəçi sarı vərəqə limitini doldurubsa, braziliyalı yarımmüdafiəçi qırmızı vərəqə alaraq cəzalandırılıb.
Xatırladaq ki, Ağdam klubunun digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçisi Filip Ozobiç də zədə səbəbindən komandaya kömək edə bilmir.
“Qarabağ”ın “Linfild”lə ilk oyunu avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin