“Qarabağ”da ciddi itki

Misli Premyer Liqasının 12-ci turunun “Şamaxı” ilə oyununda “Qarabağ” ciddi itki ilə üzləşib.

Komanda.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “köhlən atlar”ın yarımmüdafiəçisi Filip Ozobiç matçın 17-ci dəqiqəsində zədələnib. Bundan sonra baş məşqçi Qurban Qurbanov onu əvəzləmək məcburiyyətində qalıb.

“Şamaxı” – “Qarabağ” matçında ilk hissə oynanılır və hələ ki, hesab açılmayıb.

“Qarabağ” bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda Almaniya “Frayburq”unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button