“Qarabağ”da ciddi itki

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirir.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çexiyada “Viktoriya”nın (Plzen) qonağıdır.

Komanda.az xəbər verir ki, oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda rəqib futbolçu ilə mübarizədə zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. O, Marko Yankoviçlə əvəzlənib.

Bakıda keçirilən ilk oyunda hesab açılmayıb. Saat 23:00-da start götürən cavab qarşılaşmasında hazırda hesab 1:1-dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button