“Qarabağ”da 3 itki

“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Qəbələ”ylə matçın hazırlığına start verib.

Komanda.az xəbər verir ki, klubun bazasında baş tutan məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki təmrinləri yerinə yetiriblər. Daha sonra isə komanda taktiki çalışmayla məşqi yekunlaşdırıb.

Zədəli futbolçular – Araz Abdullayev və Mahir Mədətov hazırlığın ilk hissəsində komandayla məşq etsə də, daha sonra fərdi olaraq çalışmaları yerinə yetirib. Daha bir zədəli futbolçu – Miçel isə məşqdə iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button