“Qarabağ” rəsmisindən adı “Legiya” ilə hallanan Mahir Emreli ilə bağlı AÇIQLAMA
“Qarabağ”da 11 futbolçunun müqaviləsi mövsümün sonuna qədərdir.
Ağdam təmsilçisi sözləşməsinin müddəti bitəcək futbolçularla hələ danışıqlara başlamayıb. Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında deyib. Abbaszadə, müqaviləsi yaya qədər olan Mahir Emreli haqda çıxan transfer iddialarına da münasibət bildirib:
“Hazırda bütün diqqətimizi mövsümün qalan dörd oyununa yönəltmişik. Yalnız mövsüm bitəndən sona yeni müqavilərlə bağlı danışmaq olar. Bütün yeniliklərlə bağlı klubumuz tərəfindən rəsmi açıqlama olacaq. Bundan başqa, klubumuza nə Mahir, nə də başqa bir futbolçu ilə bağlı rəsmi təklif olmayıb”.
Mahir Emrelinin Polşanın “Legiya” klubu ilə danışıqlar apardığı iddia olunur.
“Qarabağ”da Mahir, Maksim Medvedev, Bədavi Hüseynov, Abbas Hüseynov, Rauf Hüseynli, Rahil Məmmədov, Qara Qarayev, Filip Ozobiç, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli və Toral Bayramovun müqaviləsi iyunun 30-na qədərdir.
“Qarabağ” Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış ən yaxın izləyicisi “Neftçi”ni 3 xal qabaqlayaraq, 50 xalla liderdir.
Bizi Facebook-da izləyin