“Qarabağ”a vurduğumuz ilk qol hər şeyi dəyişdi” – Lopeteqi
“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqinin Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la qarşılaşdıqları ilk oyunundan (3:0) sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb:
- Sona qədər mübarizə aparan “Sevilya” gördük. Son oyunlarda qol vura bilmirdiz, bu oyunda bunu da bacardız. Bu haqda nə deyə bilərsiz?
- Rəqib öz meydanında oynayırdı. Oyunun əvvəlində bizə çətin oldu. İlk qol hər şeyi dəyişdi. Sonrasında daha asan oldu.
- Gözlədiyiniz “Qarabağ”ı gördüzmü?
- Təcrübəli komanda olduqları hiss olunurdu. Gözlədiyim komandanı gördüm.
- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşk atılanda düşündüklərinizlə, indi düşündükləriniz eynidirmi?
- Bu gün futbolda təəccübləndirici heç nə yoxdur. “Oyunu əvvəlcədən qazanmışam” demək düzgün deyil. Oynamadan bilmək olmur.
- Kimdən, nədən razı və narazı qaldız?
- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda olaraq yaxşı oynadıq. Yaxşı komandaya qalib gəldik.
- “Qarabağ”la “Sevilya” arasında fərq çoxdurmu?
- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” APOEL-i, APOEL də “Ayaks”ı keçə bilərdi. Fərq haqda bir şey deyə bilmərəm.
- “Qarabağ”a burda 3 qol vurmaq necə hissdir?
- Əsas 3 xal qazanmaq idi və istədiyimizə nail olduq.
- Həftəsonu “Real”a uduzsaz, bunu uzaq səfərdən gəlmənizlə əlaqələndirməyəcəksiz?
- “Real”la bağlı sabah danışarıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin