
“Qarabağ”a uğurlar arzulayıram” – Fərid Qayıbov
“Qrup oyunlarında “Qarabağ”a uğurlar arzulayıram”.
Komanda.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz yazısında qeyd edib:
“Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandanın bu mərhələdə də azarkeşləri sevindirəcəyinə inanıram” – deyə, o, bildirib.
“Qarabağ” G qrupunda Almaniyanın “Frayburq”, Yunanıstanın “Olimpiakos” və Fransanın “Nant” klubları ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin