“Qarabağ”la oyunda dubl edən futbolçu “Mançester Siti”də?

Portuqaliya “Sportinq”inin futbolçusu Bruno Fernandes Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçiylə “Mançester Siti”, “Mançester Yunayted” və PSJ yaxından maraqlanır. Bu barədə “A Bola” nəşri məlumat yayıb. Xəbərdə, Fernandesin transferində “Mançester Siti”nin bir addım irəlidə olduğu bildirilib. “Şəhərlilər”in idman direktoru Çiki Beqiristayn, “Sportinq”in idman direktou Huqo Vianu ilə futbolçunun mümkün keçidinin həll edilməsi üçün görüşüb.

Fernandesin sərbəst qalma məbləği 100 milyon avrodur. “Mançester Siti” isə Fernandesə illik 6 milyon, klubuna isə 50 milyon avro ödəmək niyyətindədir.

Bruno Fernandes “Sportinq”in heyətində bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oyunlarda iştirak edib. Yarımmüdafiəçi “Sportinq”in “Qarabağ”ı Bakıda 6:1 hesabıyla məğlub etdiyi matçda 2 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button