“Qarabağ”a qol vuran futbolçu Avropanın yeni rekordçusu oldu

“Sportinq” Portuqaliya Premyer Liqasının 32-ci turunda “Belenenseş”i 8:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada 3 qola imza atan Lissabon təmsilçisinin yarımmüdafiəçisi Bruno Fernandes yeni rekorda imza atıb. Cari mövsümdə qollarının sayını 31-ə çatdıran Fernandes, Avropada bir mövsümdə ən çox qol vuran yarımmüdafiəçi ünvanını qazanıb.

Bundan əvvəlki rekord “Fənərbaxça”nın sabiq futbolçusu Aleks de Souzaya aid idi. Braziliyalı futbolçu 2010/11 mövsümündə 28 qola imza atmışdı.

Bruno Fernandes “Sportinq”in heyətində bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oyunlarda iştirak edib. Yarımmüdafiəçi “Sportinq”in “Qarabağ”ı Bakıda 6:1 hesabıyla məğlub etdiyi matçda 2 qol vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button