“Qarabağ”a qarşı oynamaq xoş olacaq” – “Liverpul”un baş məşqçisi

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə üz-üzə gələcəklərini deyib:

“Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin “Qalatasaray” və Azərbaycanın “Qarabağ” klubları üçün də söyləmək olar. Hər üç komanda ölkələrinin çempionlarıdır. Yenə də bildirmək istəyirəm ki, bütün oyunlar çətin keçəcək”.

“Liverpul” Çempionlar Liqasının liqa mərhələsində “Real” (İspaniya), “İnter” (İtaliya), “Atletiko” (İspaniya), “Ayntraxt” (Frankfurt, Almaniya), PSV (Niderland), “Marsel” (Fransa), “Qarabağ” və “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button