“Qarabağ”a qarşı oynamaq inkişaf etmək üçün bir fürsətdir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. “Qarabağ”a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Ümumilikdə yaxşı oyun keçdi. Əsas məqsəd yaranan fasilədə oyun praktikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button