“Qarabağ”a məğlubiyyət hələ də boğazımda düyünlənib” – “Nant”ın futbolçusu
“Qarabağ”la oyundakı məğlubiyyət hələ də boğazımda düyünlənib”.
Komanda.az xəbər verir ki, bunu “Nant”ın futbolçusu Dennis Appia “köhlən atlar”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.
Appia avrokubok görüşlərinin mürəkkəb olduğunu söyləyib:
“Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. Birinci turda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq”.
Yarımmüdafiəçi hazırda “Frayburq”, qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşündüyünü deyib.
“Qarabağ” qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
Bizi Facebook-da izləyin