“Qarabağ”a qarşı mübarizə aparmaq çətindir” – “Nant”ın futbolçusu

“Sonadək təslim olmadıq və layiqli qələbə qazandıq”.

Komanda.az xəbər verir ki, bu sözləri “Nant”ın futbolçusu Pedro Çirivelya Fransada “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, görüşdə çox fiziki güc sərf etdiklərini bildirib:

“Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətindir. Topla oynamağı sevirlər və fiziki cəhətdən də güclüdürlər. Son dəqiqələrdə çox yorğun olsam da, qol vuranda sevincimdən dəli kimi qaçdım. Fevralda avrokubok həyəcanını yenidən yaşamaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button