“Qarabağ”a qarşı layiqli mübarizə apardıq” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik etmək istəyirəm. İlk hissədə taktiki savaş oldu. “Qarabağ” ilk təhlükəli vəziyəti qola çevirdi. İkinci hissədə daha çox hücum etməyə başladıq. Açıq oyun getdi meydanda.
Əsas planımız ilk hissədə rəqibə qarşı etibarlı oynamaq idi. İkinci hissədə hücümları artıraraq uğurlu nəticə qazanmaq istəyirdik. “Qarabağ”ı mərkəzdə qarşılayıb pressinq etmək istədik. Oyunumuzda dəqiqlik çatmadı.
Bu oyundan nəticə çıxarmalıyıq. Finalda “Qarabağ”a qarşı oynamaq çox çətindir. Oyunçularım layiqli mübərizə apardılar. Futbolçularımla fəxr edirəm. Onları təbrik edirəm”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin