“Qarabağ”a qarşı fərqli futbol sərgiləməliyik” – “Gent”in legioneri
Belçikanın “Gent” komandasının yarımmüdafiəçisi Endryu Hyulsager Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Danimarkadan olan 28 yaşlı futbolçu bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı yaxşı oynamaq üçün fərqli tərzdə futbol sərgiləməliyik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq.
Stadionun ot örtüyü ilə tanış olmamışam. Məşqə çıxanda tanış olacam”.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin