
“Qarabağ”a qalib gəlməliyik” – “Nant”ın futbolçusu
“Nant”ın futbolçusu Andrey Cirotto Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, futbolçu evdə “Qarabağ”a qalib gəlməli olduqlarını deyib:
“Evdəki oyunda qalib gəlməliyik”.
30 yaşlı futbolçu oyunun çox vacib olduğunu bildirib. O, 2-ci turda Bakıda “köhlən atlar”a uduzduqlarını xatırladıb.
Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin