“Qarabağ”a qalib gələ bilərik” – Tomas Doll
Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dollun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, alman mütəxəssis media mənsublarının suallarını cavablandırıb:
- Komanda oyuna nə dərəcə hazırdı?
- Çox yaxşı komandam, oyunçularım var. 4 məşqimiz olub, hər kəs ən yaxşısını sərgiləyə biləcəyinə inanır. Özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Komandam da nəticəni dəyişmək istəyir.
- Mərhələni keçmək üçün yetərli imkanlarınız varmı?
- Önəmli olan daha yaxşı oynamaqdı. Sözlər məsələnin bir tərəfi, oyun isə ikinci tərəfi. Fərqli ”performans” ortaya qoymalıyıq. Hiss edirəm ki, şansımız var. Güclü komanda qarşısında qalib gələ bilərik.
- “Fərqli performans” deyəndə nəyi nəzərdə tutursuz?
- Bunu deyə bilməyəcəm. Sabahkı oyunda bunu meydanda görəcəksiz.
- Alef, Saviç və Vuros çıxış etməyəcək. Onların əvəz edilməsi ilə bağlı yollar tapmısız?
- Əsas inamdı. Zədələrin olması normaldı. Bizim çox yaxşı heyətimiz var. Sabah bu itkilərin öhdəsindən gələcəyimizə əminəm. Mənimlə olan oyunçularla sabah nələrsə etməyə çalışacağıq.
- Sabahkı oyunu texniki zonadan yox, tribunadan izləyəcəksiz. Bu, komandanın çıxışına necə təsir edəcək?
- Xeyr, texniki zonada olacam.
- İlk oyundakı səhvləri təkrarlamamaq üçün nələr etmisiz?
- Oyunu izləmişəm. Sabah çoxlu şans yaradıb, daha yaxşı oynayacağıq. Uşaqlar sabah nə etmək lazım olduğunu bilirlər.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin