Mourinyo bu dəfə seçkilərdən şikayətləndi

“Benfika”nın baş məşqçisi Joze Mourinyo komandanın üzləşdiyi çətinliklərdən danışıb.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yaxınlaşan prezident seçkilərinin oyunçuların psixologiyasına ciddi təsir etdiyini bildirib:

“Futbolçulara güclü təzyiq var. Klubda hazırda seçkiöncəsi dövrdür, bir aydan sonra prezident seçkiləri keçiriləcək. Bu vəzifəyə beş namizəd var… Bu, demək olar ki, siyasi kampaniyaya bənzəyir və oyunçular bundan qaça bilmirlər. Onlar daxildən gələn bu təzyiqi hiss edirlər”.

Mourinyonun komandası dünən Çempionlar Liqasının ikinci turunda səfərdə “Çelsi”yə 0:1 hesabı ilə məğlub olub. Lissabonlular ilk turda “Qarabağ”la bacarmayıb – 2:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button