“Qarabağ”a iki qol vurdu, ən yaxşı seçildi
Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Komanda.az xəbər verir ki, bu ada Fransanın “Olimpik” (Marsel) komandasının hücumçusu Arkadiuş Milik layiq görülüb.
28 yaşlı forvard doğma meydanda “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
Konfrans Liqasında həftənin ən yaxşısı adına Patson Daka (“Lester Siti”, İngiltərə), Yoel Andersen (“Midtyulland”, İsveç) və Uqo Vetlesen (“Bodo Qlimt”, Norveç) də namizəd idi.
Avropa Liqasında da həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Portuqaliya “Portu”sunda çıxış edən Toni Martines həftənin futbolçusu seçilib. O, azarkeşlər arasında aparılan sorğuda Qvido Rodriges (“Betis”, İspaniya), Berat Cimsiti (“Atalanta”, İtaliya) və Alfredo Morelosu (“Reyncers”, Şotlandiya) qabaqlayıb.
Bizi Facebook-da izləyin