
“Qarabağ”a iki qol vurdu, ən yaxşı seçildi
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İsveçrənin “Bazel” komandasının hücumçusu Artur Kabral layiq görülüb.
O, Azərbaycan təmsilçisi “Qarabağ”a 3:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.
Konfrans Liqasında həftənin oyunçusu adına “Roma”dan (İtaliya) Temmi Abraham, ÇFR-dən (Rumıniya) Qabriel Debelju və “Partizan”dan (Serbiya) Marko Jivkoviç də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin