“Qarabağ”a hörmət edirik, amma rəqibdən qorxmuruq”
Moldovanın “Şerif” klubunun hücumçusu Andrey Lukiç UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, xorvat futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“İlk mərhələdə qarşılaşdığımız “Fola Eş”lə oyunda çoxlu qol imkanımız olsa da, yüz faizlik epizodları dəyərləndirə bilmədik. Bu, gələcəkdə üzərində işləməli olduğumuz əsas çatışmazlıqdır. “Qarabağ”la oyunda bu amili nəzərə almalıyıq. Çünki rəqibimiz yaxşı komandadır. Onlara hörmət edirik, amma heç kimdən qorxmuruq. Bakıya oyunumuzdan zövq almaq və növbəti mərhələyə adlamaq üçün gəlmişik. Öz keyfiyyətimizə, komanda ruhuna və qələbəyə inanırıq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin