“Qarabağ”a bu cür qol vurmaq gözəl hissdir”

“Omoniya”nın (Kipr) futbolçusu Jordi Qomes Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri Konfrans Liqasının qrup oyununda meydanın mərkəzindən vurduğu qol barədə danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin öz mövqeyini xeyli tərk etdiyini gördükdən sonra topu qapıya göndərmək qərarına gəldiyini deyib:

“Sadəcə, zərbə vurdum və top istədiyim trayektoriya ilə hərəkət edib qapıya daxil oldu.

Həmin an ani qərar verib, bəxtimi sınadım. “Qarabağ”a bu cür qol vurmaq gözəl hissdir”.

Qomes oyunun 90-cı dəqiqəsində fərqlənərək, “Omoniya”ya 1 xal qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button