“Qarabağ” və “Kayrat”la oyunlarda qələbə qazansaydıq…” – “Omoniya”nın baş məşqçisi

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq Konfrans Liqasındakı şanslarını dəyərləndirib.

Komanda.az “24sports.com.cy” saytına istinadən xəbər verir ki, Berq, qrupdan çıxma şanslarının az olmadığını deyib:

“Başqalarının qrupumuz haqda nə düşündüyünü bilmirəm. “Qarabağ”a bizdən daha yaxşı oynadıqları üçün uduzduq. Qrup mərhələsinə vəsiqə qazananda hədəfimizin daha irəli getmək olduğunu dedim. Biz “Omoniya”yıq, hər zaman qələbə üçün çalışırıq. Şansımızın az olduğunu deyə bilmərəm. “Bazel” hər il avrokuboklarda oynayır. “Qarabağ” da mütəmadi olaraq Avropada çıxış edir.

Konfrans Liqası bizim üçün böyük təcrübədir. “Qarabağ” və “Kayrat”la oyunlarda qələbə qazansaydıq, “Bazel”lə oyuna daha fərqli gedərdik. Doğru yoldayıq, inkişaf etməyə çalışırıq və inanıram ki, bacaracağıq”.

“Qarabağ” Konfrans Liqasının A qrupunda 4 xalla liderdir. “Bazel” (İsveçrə) eyni xalla 2-ci pillədə yer alıb. “Kayrat” 3-cü, “Omoniya” isə 4-cü sıradadır. Hər iki komandanın 1 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button