“Qarabağ”a azarkeşlik edirdim” – “Neftçi”nin baş məşqçisi

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhəlisinin ilk matçında “Braqa” üzərində qələbəsini (4:2) şərh edib.

Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu qələbənin Azərbaycan futbolu üçün çox yaxşı nəticə olduğunu bildirib:

“Qarabağ”ın “Braqa” üzərində 4:2 qalib gəldiyi oyunu izlədim. “Qarabağ”a azarkeşlik edirdim. Bu Azərbaycan futbolçu üçün çox yaxşı nəticədir və ölkənin futbol səviyyəsini yüksəldir. Ümumilikdə komandanın oyun səviyyəsini yüksək qiymətləndirirəm. Sabah yenidən “Qarabağ”ın matçını izləyəcəm.

Bu komandalar arasında cavab matçı sabah saat 21:45-də start götürəcək. 

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button