“Qarabağ”a 800 manatlıq cərimə – klub rəsmilərinə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 4-cü turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” və “Zirə” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın 4-cü turunun “Sabah” – “Qəbələ” matçında “Sabah” və “Qəbələ” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın 4-cü turunun “Keşlə” – “Səbail” matçında “Keşlə” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur.

Premyer Liqanın 4-cü turunun “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun rəsmi şəxslərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur.

1-ci divizionun 2-ci  turunun “Ağsu” – “Səbail-2” matçının 51-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Ceyhun Rəcəbli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

1-ci divizionun 3-cü  turunun “Səbail-2” – “Sabah-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Səbail-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunur.

“Sabah-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasa 10 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur.

1-ci divizionun 3-cü turunun “Zirə-2” – “Qarabağ-2” matçında əvəzetmə zamanı “Zirə-2” klubunun protokolda adı olmayan futbolçusu (Nizami Səmədov) meydançaya çıxdığına görə klub 400 manat cərimə olunur, hesab isə olduğu kimi – 1:7 saxlanılır.

Oyunun 51-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Müşfiq İlyasov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Zaur Fərzəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

1-ci divizionun 3-cü turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 51-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Sərxan Əhmədli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.

“Qaradağ Lökbatan” komandası oyunun videoyazısını təqdim etmədiyinə görə 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button