“Qarabağ”a 2 qol vurduğum üçün xoşbəxtəm”

Türkiyənin “Sivasspor” klubunun hücumçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Komandanın, demək olar ki, yarısı bu gün yox idi. Mən təcrübəli futbolçuyam, özümdən kiçiklərə örnək olmalıyam. Çatışmazlıqlardan şikayət etmək əvəzinə komanda yoldaşlarımla birlikdə bir şeylər göstərməli idik. Bu gün 2 qol vurduğum üçün xoşbəxtəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button