“Qarabağ”a 10 milyon avrodan çox pul ödənildi – UEFA tərəfindən

“Qarabağ”ın UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Komanda.az xəbər verir ki, “köhlən atlar”a maliyyə vəsaiti Çempionlar Liqasında iştirakına və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün ödənilib:

– 5,000,000 (beş milyon) avro – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klublar üçün)

– 3,400,000 (üç milyon dörd yüz min) avro – UEFA Avropa Liqasında iştirak üçün ilkin ödəniş

– 2,244,000 (iki milyon iki yüz qırx dörd min) avro – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən)

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button