“Qarabağ” “Zirə”dən Keytanı istəyir? – Açıqlama

Sosial şəbəkədə yayılan xəbərə görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hazırda “Zirə”də forma geyinən Hamidu Keytanın oyunundan məmnun qalıb və onu komandasında görmək istəyir.

Məsələ ilə bağlı Zirə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında yayılan xəbəri təkzib edərək, “köhlən atlar” tərəfindən “Zirə”yə heç bir müraciətin daxil olmadığını bildirdi.

Keyta Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün təşkil edilən “Qarabağ”la “Qalatasaray” arasında baş tutan yoldaşlıq görüşündə Qurbanovun sərəncamında olan futbolçulardan biri idi.

Xatırladaq ki, həmin matç Super Liqa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button