“Qarabağ” “Zenit” və “Spartak”dan daha güclüdür”

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” (İngiltərə) ilə 2:2 hesablı heç-heçə edib. Bu nəticə futbol ictimaiyyətində böyük maraq doğurub.

Komanda.az xəbər verir ki, Azərbaycan klubunun sabiq futbolçusu Vaqif Cavadov “Legalbet”-ə açıqlamasında “köhlən atlar”ın çıxışını yüksək qiymətləndirib:

“Qarabağ” hazırda çox yaxşı formadadır. Onların bu oyunu və Çempionlar Liqasındakı nəticələrinə baxanda düşünürəm ki, “Zenit” və “Spartak”dan (hər ikisi Rusiya klubu) daha güclüdürlər. “Çelsi” belə bir oyun gözləmirdi. “Qarabağ” çox güclü komandadır”.

Hazırda Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 7 xalla Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

“Qarabağ” növbəti turda, noyabrın 25-də “Napoli” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button