“Qarabağ” yeni transferini “Sürix”lə oyunlar üçün sifariş etdi

“Qarabağ”ın yeni transferi Julio Romao “Sürix”ə (İsveçrə) qarşı UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarında iştirak edə biləcək.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisi ilə oyunlar üçün sifariş olunub.

İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button