
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı
“Qarabağ” klubu bu gün yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.
Komanda.az xəbər verir ki, “Sirab” şirkəti ilə “Qarabağ” arasında əməkdaşlıq anlaşmasına qol çəkilib.
Ağdam klubunu imzalanma mərasimində idman direktoru Əmrah Çəlikəl, “Sirab”ı isə şirkətin CEO-su Alper Yaycılı təmsil edib.
Yaycılı bildirib ki, hər zaman “Qarabağ”ın yanında olublar və klubla fəxr ediblər.
Çəlikəl isə deyib ki, “Sirab”la əməkdaşlıqları əslində 2018-ci ildən başlayıb. Klub rəsmisi bildirib ki, daha əvvəl başqa sulardan da istifadə ediblər, amma nə məşqçilər, nə futbolçular həmin suları “Sirab” qədər bəyənməyiblər.
Tərəflər arasındakı müqavilənin müddəti 1 ili əhatə edəcək.
Rəşad
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin