“Qarabağ” yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Premyer Liqanın 17-ci turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button