“Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”
“Qarabağ” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı futbolçu Xayme Romero Rodriqesi heyətinə cəlb edib. Xaymeylə üç illik müqavilə imzalanıb. Yeni transfer “Qarabağ”da “9” nömrəli formayla çıxış edəcək.
Karyerasına “Albasete”də başlayan 28 yaşlı futbolçu həmçinin “Saraqosa”, “Real”ın B komandası, İtaliyanın “Bari” və “Udineze” kimi klublarının şərəfini qoruyub. “Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin “Kordoba” klubunda çıxış edib.
Xayme “Qarabağ”a keçidi haqda öz təəssüratlarını bölüşüb:
“Qarabağ” kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim.
Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır, Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir.
Cəmi 2 həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, məndən istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm”.
Bizi Facebook-da izləyin