“Qarabağ” yeni mövsüm üçün başladı
“Qarabağ” 2019/20 mövsümünün hazırlığına başlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən gün Ağdam təmsilçisinin bazasında bir araya gələn komanda axşam saatlarında “Azərsun Arena”da ilk məşqinə çıxıb.
Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib. Əvəzində əvəzedici komandanın bir neçə üzvü məşqdə iştirak edib.
“Qarabağ”ın Bakıda davam edən təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək, komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin